Bilik Fondu Azərbaycan Universitetində mühazirə təşkil edib (FOTO)


Digərləri 15 Noy 2018 18:33:00 345 0

Bilik Fondu Azərbaycan Universitetində mühazirə təşkil edib (FOTO)

Azərbaycan Universitetində Ümumdünya Diabet Günü ilə bağlı “Diabet riski yaradan həyat tərzi” mövzusunda mühazirə təşkil olunub.

Bakı. Azərbaycan Universitetində Ümumdünya Diabet Günü ilə bağlı “Diabet riski yaradan həyat tərzi” mövzusunda mühazirə təşkil olunub. Universitetdən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə təşkil olunan mühazirəni Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-mütəxəssisi Şəhla Mirzəzadə aparıb. Bilik Fondunun məsləhətçisi Aytən Xubanova tələbələrə qurumun fəaliyyəti və müxtəlif sahələr üzrə həyata keçirdiyi maarifləndirmə tədbirləri haqqında məlumat verib. Bildirilib ki, fondun əsas fəaliyyət istiqamətlərindən biri gənclərin tibbi maarifləndirilməsidir.