Yevlaxda 17 yaşlı qız mütəşəkkil dəstə tərəfindən oğurlandı


Digərləri 15 Noy 2018 17:16:00 274 0

Yevlaxda 17 yaşlı qız mütəşəkkil dəstə tərəfindən oğurlandı

Yevlaxda qız qaçıranlara qarşı cinayət işi başlanıb.

Bakı. Samir Əli - Yevlaxda qız qaçıranlara qarşı cinayət işi başlanıb. Trend-in məlumatına görə, Yevlax rayon sakinləri Zamanov İlham Mehman oğlu qardaşları Zamanov Elsevər Mehman oğlu, Zamanov Elzamin Mehman oğlu və qardaşı arvadı Qabilova Elnarə Şahin qızı ilə birlikdə noyabrın 3-də 2001-ci il təvəllüdlü Quliyeva Sibel Mahir qızını evlənmək məqsədi ilə yaşadığı Yevlax rayon Boşçalı kəndində nənəsinin evindən oğurlayıblar.