Ən etibarlı avtomobillərin SİYAHISI açıqlandı


Digərləri 15 Noy 2018 16:39:00 205 0

Ən etibarlı avtomobillərin SİYAHISI açıqlandı

ABŞ-ın “Consumer Reports” jurnalı 3 iri region üzrə ən etibarlı avtomobillərin reytinqini tərtib edib

Bakı. ABŞ-ın “Consumer Reports” jurnalı 3 iri region üzrə ən etibarlı avtomobillərin reytinqini tərtib edib. Trend-in məlumatına görə, Asiya regionunda rəy sorğularına əsasən, “Lexus”, “Toyota”, “Mazda”, “Subaru” və “Kia” ən etibarlı avtomobillər hesab olunub. Avropa regionunda bu siyahıda “Audi”, “BMW”, “Mini Cooper”, “Porsche” və “Volkswagen” yer alıb.