Bakıda 7 yaşlı uşağı öldürməyə cəhddə təqsirləndirilən şəxs eskpertizaya göndərilib


Digərləri 15 Noy 2018 15:24:00 255 0

Bakıda 7 yaşlı uşağı öldürməyə cəhddə təqsirləndirilən şəxs eskpertizaya göndərilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 7 yaşlı uşağı öldürməyə cəhddə təqsirləndirilən 1998-ci il təvəllüdlü Mövsüm Bağırovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Son.az report-a istinadən bildirir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Məlum olub ki, M.Bağırov hadisəni anlaqsız vəziyyətdə törədib.

Məhkəmə onun barəsində yenidən tibbi-ekspertiza təyin edərək müayinəyə göndərib.

Proses qeyri-müəyyən günədək təxirə salınıb.