Ermənistanda bu şəhər viran qalıb:


Dünya 15 Noy 2018 15:01:00 234 0

Ermənistanda bu şəhər viran qalıb:

Gümrü böyüklüyünə görə Ermənistanın ikinci, sakinlərinin yoxsulluğuna görə birinci şəhəridir. Şəhər sakinlərinin yarıdan çoxu ifrat dərəcədə yoxsul həyat sürürlər.

Son.az lenta.ru-ya istinadən bildirir ki, 30 il əvvəl, 1988-ci ilin dekabrında güclü zəlzələ Ermənistanda onlarla şəhəri viran qoyanda Gümrüdə də həyat sanki dayanmışdı.

Zəlzələdən sonra Gümrü sakinlərinin yarısını itirdi. Kimi həlak oldu, kimi də viranə şəhərdən qurtulub iş tapmaq və yeni həyat tapmaq ümidi ilə Gümrüdən qaçdı.

Minlərlə erməni ailəsi hələ də Gümrüdə xarabazar, qəzalı binalarda yaşayırlar. Onların əksəriyyətinin təzə evə və ya mənzilə köçmək ümidləri belə yoxdur. Çünki rəsmi olaraq zəlzələdən zərər çəkmiş adamlar sayılmırlar.

Sovetlər dönəmində Gümrünün kənarındakı Horsaranain küçəsində yerli müəssisələrdə çalışanlar üçün iki yataqxana korpusu tikilib. Oradakı 120 ailədən indi cəmi 4-ü həmin məkanda yaşayır.