İçərişəhərdə "Moon Blue Jazz Club" öz fəaliyyətinə başlayıb


Digərləri 15 Noy 2018 14:30:00 376 0

İçərişəhərdə "Moon Blue Jazz Club" öz fəaliyyətinə başlayıb

Bu günlərdə İçərişəhərdə "Moon Blue Jazz Club" öz fəaliyyətinə başlayıb. Öz komfortulu loft stili, ecazkar cazı və əsrarəngiz mətbəxi ilə caz-klub qədim İçərişəhərin tam qəlbində yerləşir.

"Moon Blue Jazz Club"-ın logotipi və adı bir-birini vəhdət içərisində tamamlayır: hər şey bitməyib, hələ də ümid var. Təəssüf ki, doğma Bakımız öz caz tarixini unutmaq istəyir, amma bu, o demək deyil ki, belə də olacaq. Biz İçərişəhərdə Bakımızın keçmiş caz ruhunu geri gətirəcəyik. Bu məkan cazz dəsti-xətti özündə qoruyur və müasir incəliklərlə bütövləşdirərək öz dünyasını yaradır və bütün streotipləri qırır. Caz-klubda cazın bütün növləri ilə yanaşı, etno caz da əsrarəngiz şəkildə bütün şəhərin küçələrində yayılır.

Elə söz gedən musiqi janrlarının professional ifaçıları da caz-klubun daimi qonaqlarıdır.

Ruhunuzu oxşayıq caz musiqisi və rahat atmosferlə yanaşı burada alkoqollu və alkoqolsuz xüsusi içkilərin geniş seçimini tapa bilərsiniz. Özünə xas mətbəxin dad çalarları heç kimi təamlardan müsbət təəssüratsız qoymur.