Azərbaycanda bu ixtiraya görə zavod açılacaq


Digərləri 15 Noy 2018 14:11:00 242 0

Azərbaycanda bu ixtiraya görə zavod açılacaq

Dünyada ilk dəfə qamış bitkisindən fanera hazırlanacaq

. Özü də uzaqda yox, elə bizim ölkəmizdə.

Belə bir ixtiranın banisi isə Arif Qəniyevdir.

Son.az qafqazinfo-ya istinadla xəbər verir ki, ixtisasca əmtəəşünas olan Arif bəy ağlına belə bir fikir gələn kimi elmi araşdırmalarla maraqlanıb. Elmlər Akademiyasından rəylər alıb. Geniş tədqiqatlardan sonra əmin olub ki, bu mümkündür. Və nədənsə dünyada, hələ ki, belə bir addım atılmayıb:

"Bu qamış bitkisinin Azərbaycanda çoxluğu həmişə məni düşündürürdü. Fikirləşirdim ki, bu bitkini necə istehsalata daxil etmək olar? Araşdırmalardan sonra qərara gəldim ki, onun gövdəsindən qablaşdırma, tara və digər dekorasiya vasitələri hazırlamaq mümkündür.

Dünyada bambukdan belə bir istehsal sahəsi var, ancaq qamış və qarğı məhsulundan yoxdur. Biz dünyada ilk dəfə olaraq belə bir addım atmışıq. İxtiramın patentini almışam". 

Arif bəyin sözlərinə görə, ölkədə ən geniş qamış sahələri Şabran rayonunda yerləşir. Elə bu səbəbdən də ixtirası ilə bağlı açılması planlaşdırılan zavodun Şabran rayonunda tikilməsinə qərar verilib:

"Şabranda 2 227 hektar qamış sahəsi var. Kənd Təsərrüfatı Nazirliyinin verdiyi rəsmi hesabata görə isə respublikada ümumi 20 min hektardan çox istifadəsiz qalmış qamış sahələri mövcuddur. Belə olan halda kənd əhalisi qamışı toplayıb tədarük edərək bizə təhvil verə bilər. Bununla həm də əhalinin məşğulluğu yaranacaq. Hər rayonda təxminən heç olmasa 500-600 ailə bununla məşğul ola bilər. Prezident də qarşıya məqsəd kimi istifadəsiz torpaqlardan yararlanmağı qoyub. Bundan daha gözəl necə yararlanmaq olar?" 

Həmsöhbətimiz deyir ki, əhalidən alınacaq qamış bağlamaların qiyməti də artıq müəyyən olunub:


Xəbərə aid fotolar