“Manqurt” tamaşası beynəlxalq festivalda böyük uğurla nümayiş olunub (FOTO)


Digərləri 15 Noy 2018 14:11:00 246 0

“Manqurt” tamaşası beynəlxalq festivalda böyük uğurla nümayiş olunub (FOTO)

Akademik Milli Dram Teatrının kollektivi “Manqurt” tamaşası ilə Azərbaycanı Qırğızıstanda keçirilən beynəlxalq teatr festivalında böyük uğurla təmsil edib.

Bakı. Akademik Milli Dram Teatrının kollektivi “Manqurt” tamaşası ilə Azərbaycanı Qırğızıstanda keçirilən beynəlxalq teatr festivalında böyük uğurla təmsil edib. Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, festivalda iştirak Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və ölkəmizin Qırğızıstandakı səfirliyinin təşkilatçılığı ilə baş tutub. Çingiz Aytmatovun 90 illik yubileyinə həsr olunan “Aytmatov və teatr” festivalında Azərbaycanla yanaşı Rusiya, Qazaxıstan, Özbəkistan teatrları da iştirak edir. Festival 12-17 noyabr tarixlərini əhatə edir. Akademik Milli Dram Teatrının kollektivi “Manqurt” tamaşasını noyabrın 14-də təqdim edib.