Cenevrədə Azərbaycan kinosunun uğurları VİDEO FOTO


Digərləri 15 Noy 2018 13:53:00 306 0

Cenevrədə Azərbaycan kinosunun uğurları  VİDEO  FOTO

Cenevrədə “Kəklikotu” komediyasının təqdimatı keçirilib

Cenevrədə "Kəklikotu" komediyasının təqdimatı keçirilib.

İsveçrənin cənub-qərbində məşhur "Ciné 17" kinoteatrında Cinemazadeh studiyasının istehsalı olan "Kəklikotu" macəra komediyasının təqdimatı keçirilib. 

Təqdimatda yerli kino ulduzları Müşfiq Şahverdiyev, İslam Mehrəliyev, Əlixan Rəcəbov, Fərda Amin, Məcid Hüseynov, aktrisa və saundtrekin ifaçısı Dilarə Kazımova, rejissor və filmin baş prodüseri Cəfər Axundzadə iştirak etmişdir.   Sonda zal yaradıcı kollektivi salamlamışdır. Alqışlar uğurlu işin sübutu olmuşdur. 

Baxmayaraq ki, filmin 11 ay öncə nümayişinə başlanılmışdır, kino indiyədək Avropada, MDB ölkələrində və Türkiyədə böyük maraq doğurur. Lakin Cinemazadeh studiyasının növbəti layihəsi olan "Qış nağılı" filminin çəkilişlərində məşqul olduğu üçün "Kəklikotu"nun təqdimatı bir sıra şəhərlərdə keçirilməmişdir. Lakin Cinemazadeh studiyası xəbər verir ki, "Qış nağılı" romantik komediyası filmdə iştirak edən ulduz və baxış sayına görə öz rekordunun vurmaq niyyətindədir.     

Qeyd etmək istəyirik ki, "Qış nağılı" filmi təkcə Azərbaycanda deyil həm də Türkiyənin bütün şəhərlərində və bir çox Avropa ölkələrində nümayiş olunacaq. 

"Kəklikotu" filminin rejissoru və baş prodüseri Cəfər Axundzadə söyləmişdir: "Biz, əlbəttə ki, bütün şəhərlərə və ölkələrə səfər etmək, kinomuzu hər kəsə nümayiş etdirmək istəyirik, lakin təəssüflər olsun ki, biz bir filmin çəkilişlərini bitirincə digər bir filmin çəkilişlərinə başlayırıq. Bundan başqa bizdə artıq bitmiş layihələrdə var, hansılar ki, çoxlu güc, piar və qala-gecələrin keçirilməsi üçün vaxt tələb edir. Lakin biz mütləq bizi dəvət edən bütün şəhərləri ziyarət edəcəyik. Dəqiq tarixi hələ deyə bilmərik".     İlk dəfə olaraq filmdə 20-dən çox məşhur aktyor, müğənni və rejissor iştirak etmişdir. 


Xəbərə aid fotolar