Bakıda “London taxi” markalı avtomobil piyadanı vurub öldürdü


Digərləri 15 Noy 2018 13:26:00 255 0

Bakıda “London taxi” markalı avtomobil piyadanı vurub öldürdü

Nizami rayonunun Nəsimi küçəsində yol-nəqliyyat hadisəsi baş verib

Bakı. Nizami rayonunun Nəsimi küçəsində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən Trend-ə verilən məlumata görə, noyabrın 14-də saat 23 radələrində paytaxtın Nizami rayonunun Nəsimi küçəsində Bakı şəhər sakini İsrafil Qurbanov idarə etdiyi “London taxi” markalı avtomobillə yolu keçən paytaxt sakini Hidayət Məmmədovu vurub və nəticədə piyada hadisə yerində ölüb.