Dövlət büdcəsi ilə bağlı təkliflər baxılması üçün hökumətə təqdim olunub


Digərləri 15 Noy 2018 12:58:57 169 0

Dövlət büdcəsi ilə bağlı təkliflər baxılması üçün hökumətə təqdim olunub

Milli Məclis 2019-cu ilin dövlət büdcəsi ilə bağlı müzakirələrdə səsləndirilən təkliflərə baxılması üçün hökumətə noyabrın 23-ə qədər vaxt verib.

Bakı. Elçin Mehdiyev – Milli Məclis 2019-cu ilin dövlət büdcəsi ilə bağlı müzakirələrdə səsləndirilən təkliflərə baxılması üçün hökumətə noyabrın 23-ə qədər vaxt verib. Trend-in məlumatına görə, bunu Milli Məclisin spikeri Oqtay Əsədov deyib. O qeyd edib ki, büdcə paketinə daxil olan sənədlərin müzakirələri yekunlaşıb. Spiker bildirib ki, noyabrın 23-də Milli Məclisin növbəti iclası keçiriləcək və hökumət səsləndirilən təkliflərə münasibət bildirəcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin