Məşhur aktyor arvadına xəyanət edir


Digərləri 15 Noy 2018 12:40:00 201 0

Məşhur aktyor arvadına xəyanət edir

Populyar aktyor, Hollivud ulduzu Alek Bolduinin kiçik qardaşı, 52 yaşlı aktyor Stiven Bolduin arvadına xəyanət edir.

Son.az Daily Mail-ə istinadən bildirir ki, aktyor artıq xeyli vaxtdır əslən Venesueladan olan massajist, iki övlad anası Rut Peres Anselmi ilə eşq macərası yaşayır.

29 ildən bəri Kennya Bolduinlə nikahda olan Stiven Bolduin Los-Ancelesdə məşuqəsi ilə gizlicə görüşərkən paparassilərin kameralarından yayına bilməyib.

Stiven Bolduinin Heyli və Alaya adlı iki qızı var.

Model Heyli Bolduin ötən ay kanadalı müğənni Castin Biberə ərə gedib.