Bakıda “Caspian Ecology” IX Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi çərçivəsində elmi konfrans işə başlayıb (FOTO)


Digərləri 15 Noy 2018 12:40:00 172 0

Bakıda “Caspian Ecology” IX Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi çərçivəsində elmi konfrans işə başlayıb (FOTO)

“Caspian Ecology” doqquzuncu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi çərçivəsində noyabrın 15-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Balıq ovlamadan davamlı akvakulturaya və dəniz ekosistemlərinin qorunmasına doğru” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.

Bakı. “Caspian Ecology” doqquzuncu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi çərçivəsində noyabrın 15-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Balıq ovlamadan davamlı akvakulturaya və dəniz ekosistemlərinin qorunmasına doğru” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb. Trend-in məlumatına görə, tədbirdə Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin rəsmiləri, Milli Məclisin deputatları, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndələri, Rusiya, Türkiyə, İran, Böyük Britaniyadan tanınmış mütəxəssislər və balıqçılıq təsərrüfatı institutlarının rəhbərləri iştirak edirlər. Konfransın keçirilməsində məqsəd Xəzər dənizində balıq ehtiyatlarının, xüsusilə də nərəcinsli balıqların azalması və icazəsiz balıq ovu problemlərinin həlli, akvakulturanın inkişafı və digər məsələlər barədə müzakirələrin aparılmasıdır.