Soyuducu xarab oldu,


Dünya 15 Noy 2018 12:17:00 242 0

Soyuducu xarab oldu,

Rusiyada Mordoviya respublikasının İstintaq İdarəsi 2017-ci ildə həbsxanada ölən erməni milyarder, Dağlıq Qarabağ ermənilərinin baş sponsoru sayılan Levon Ayrapetyanın zəhərlənməsi şübhəsi əsasında cinayət işi qaldırmaqdan imtina edib.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, milyarderin qohumları onun həbsxanada zəhərlənə biləcəyini iddia edirdi və cinayət işinin qaldırılmasını istəyirdi. Amma Ayrapetyanın cəsədindən götürülmüş nümunələr müəmmalı şəkildə soyuducuda korlanıb. Nəticədə analiz üçün yararsız hala düşüb. Bunu Ayrapetyanın vəkili müstəntiqlərlə şifahi söhbətinə əsasən deyib.

Levon Ayrapetyan Rusiyanın ən varlı adamlarından və dünyanın ən varlı ermənilərindən biri olub. "Qazprom" da daxil olmaqla bir çox şirkətlərin səhmlərinə, çoxsaylı aktivlərə, o cümlədən Parisdə, Nyu-Uorkda, Monakoda malikanələrə, Azərbaycanın işğal altındakı ərazilərində zavodlara malik idi. O, "Başneft" şirkətinin səhmlərinin alqı-satqısı zamanı qurulmuş maxinasiyaya görə həbs edilmişdi. Həbsxanada olarkən Ayrapetyan öz əmlakını və aktivlərini idarə etmək üçün bir sıra şəxslərə etibarnamə verib, amma onun aktivlərinin əhəmiyyətli hissəsi ələ keçirilib. İstintaq zamanı aydınlaşıb ki, Ayrapetyana borcu olan xeyli adamlar var və azadlıqda olanda həmin şəxslərdən iri məbləğlərdə borclarını toplamaq üçün çalışıb.

Qohumları erməni milyarderin ölümünü müəmmalı hesab ediblər. Mordoviyadakı 12 saylı həbsxanada cəza çəkən Ayrapetyanın işinə ötən il oktyabrın 17-də Mordoviyanın Ali məhkəməsi baxmalı idi. Və gözlənilirdi ki, səhhətinə görə onu cəzasının davamını çəkməkdən azad edəcəklər. Ayrapetyanın xərçəng xəstəsi olduğu məlum idi.

Lakin qohumlarının iddiasına görə həmin ərəfədə iki naməlum şəxs Ayrapetyana tibbi bağlama göndərir. Bu bağlamanın içində milyarderin istifadə etdiyi dərmanlar yer alırdı. Levon dərmanlardan qəbul edir, amma qəfildən vəziyyəti pisləşir. Oktyabrın 18-də huşunu itirir. Özünə gələndə kamera yoldaşının telefonu ilə qardaşına və dostuna zəng vurur. "Məni zəhərlədilər. Səhərə sağ çıxmayacam. Meyitimi yarmadan məni dəfn etməyin"-deyir.