Ölkədə ilk dəfə qənnadı sektoru üçün yağ və süd məhsullarından istifadə ilə bağlı seminar təşkil olundu


Digərləri 15 Noy 2018 11:25:21 293 0

Ölkədə ilk dəfə qənnadı sektoru üçün yağ və süd məhsullarından istifadə ilə bağlı seminar təşkil olundu

Ölkənin ən nüfuzlu şirkətlərindən olan “Veysəloğlu” Şirkətlər Qrupunun nümayəndəsi “Vesta Horeka” MMC öz partnyoru “EFKO” Şirkətlər Qrupu ilə birlikdə respublikada fəaliyyət göstərən qənnadı və şirniyyat müəssisələri üçün ilk dəfə olaraq yağ və süd məhsullarından istifadə barəsində seminar təşkil edib.

Bakı. Ölkənin ən nüfuzlu şirkətlərindən olan “Veysəloğlu” Şirkətlər Qrupunun nümayəndəsi “Vesta Horeka” MMC öz partnyoru “EFKO” Şirkətlər Qrupu ilə birlikdə respublikada fəaliyyət göstərən qənnadı və şirniyyat müəssisələri üçün ilk dəfə olaraq yağ və süd məhsullarından istifadə barəsində seminar təşkil edib. “EFKO” şirkətinin qida qatqılarının assortiment və tətbiq imkanları” adlı seminarına onlarla sex, fabrik və şirniyyat evlərinin nümayəndələri qoşulub. Tədbiri açıq elan edən “Vesta Horeka” MMC-nin ARGE (Araşdırma və genişləndirmə) və İdxalat üzrə şöbə müdiri Sevda Hacıyeva bilidirib ki, bu seminarı təşkil etməkdə məqsəd yerli bazarda etibarlı yağ məhsulunun tanıtımını təşkil etmək, dolayısı ilə insanlara daha keyfiyyətli və ləzzətli qənnadı məhsulları təqdim etməyə yardımçı olmaqdır. “Bu gün Avrasiya iqtisadi zonasında ən böyük günəbaxan yağı istehsalçısı, həmçinin Rusiyanın qida sənayesinin ilk üçlüyündən biri olan “EFKO” Şirkətlər Qrupu qısa müddət ərzində Azərbaycanda yağ bazarında 50% paya malik olmağı bacarıb. Bu isə o deməkdir ki, həm EFKO, həm də EFKO-nun rəsmi nümayəndəsi Vesta Horeka ilk növbədə keyfiyyətə və ekoloji baxımdan təhlükəsizliyə üstünlük verir” – deyə, yerli nümayəndə qeyd edib.