ABŞ 2001ci ildən müharibələrə təqribən 6 trilyon dollar sərf edib


Dünya 15 Noy 2018 08:20:00 243 0

ABŞ 2001ci ildən müharibələrə təqribən 6 trilyon dollar sərf edib

Birləşmiş Ştatlar son 20 il ərzində hərbi əməliyyatların aparılmasına təqribən 5,9 trilyon dollar vəsait sərf edib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə ABŞ-ın Braun Universitetinin professoru Net Kraufordun apardığı araşdırmalarla bağlı hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, bu məbləğə Pentaqonun xərclədiyi pullarla yanaşı "Dövlət Departamenti tərəfindən müharibə ilə əlaqəli xərclər, müharibə veteranlarına qulluq xərcləri, müharibəyə görə götürülən borcların faizləri, terror aktlarının qarşısının alınması və daxili təhlükəsizlik nazirliyi tərəfindən onlara reaksiyanın göstərilməsi üçün sərf olunan vəsaitlər daxildir.

Kraufordun hesablamalarına görə, hərbi əməliyyatlar nəticəsində ümumilikdə 480 mindən çox insan həlak olub ki, onlardan da 244 nəfəri dinc sakinlərdir. Təqribən 10 milyon insan öz yaşayış yerini dəyişmək məcburiyyətində qalıb.