24 saat çalışmağa hazır virtual televiziya aparıcısı təqdim olunub VİDEO


Digərləri 15 Noy 2018 08:11:00 253 0

24 saat çalışmağa hazır virtual televiziya aparıcısı təqdim olunub  VİDEO

Çinin Xinhua adlı əsas informasiya agentliyi virtual televiziya aparıcıları komandasını təqdim edib. Onların arasında Çində məşhur televiziya aparıcısı Zhang Zhao-nun rəqəmsal kopyası da var. Real prototipdən fərqlənməyən rəqəmsal süni zəka kopyası ilk çıxışında qeyd edib ki, texnologiyaların inkişafı bir yerdə dayanmır və bundan sonra aparıcı alqoritmlər real aparıcılar ilə birlikdə çalışacaqlar. Xinhua agentliyinin virtual aparıcılarının rəqəmsallaşdırılmasında Çinin Sugou adlı axtarış servisi kömək edib.

Son.az technote.az-a istinadən bildirir ki,hal hazırda iki virtual aparıcı var. Onlardan biri çinlilər üçün fəaliyyət göstərəcək, digəri isə beynəlxalq yayımlarda digər izləyicilər üçün fəaliyyət göstərəcək. Bu virtual aparıcılar World Internet Conference forumunda təqdim olunublar. Məlumata əsasən virtual alqoritm real aparıcının görünüşünü, səsini və üz mimikalarını əldə edib. Süni zəka aparıcıları yalnız bəzi platformalarda fəaliyyət göstərəcəklər. Xinhua agentliyi bildirib ki, bundan sonra xəbərlər operativ olmaqla yanaşı həmdə onların çəkilməsi ucuz başa gələcək. Belə ki, virtual aparıcılar üçün xüsusi studio və ya qrim kimi özəlliklər lazım deyil.