Böyük və kiçik qeybət dövrləri nə deməkdir?


Digərləri 15 Noy 2018 07:41:00 308 0

Böyük və kiçik qeybət dövrləri nə deməkdir?

XII imam Həzrət Mehdinin (ə) qeybə çəkildiyi, yəni insanlardan gizli qaldığı müddətə "qeybət dövrü" deyilir. Qeybət dövrü iki hissəyə bölünür. Kiçik qeybət dövrü hicri-qəməri 260-cı (miladi 874-cü il) ildən hicri-qəməri 329-cu (miladi 941-ci) ilə kimi davam etmişdir. Bu müddətdə Həzrət Mehdi (ə) olan müsəlmanlarla 4 nəfər naib vasitəsilə əlaqə saxlayırdı. Bir-birini əvəz edən bu naiblər İmamla şəxsən görüşür, müsəlmanların sual və istəklərini Ona təqdim edir, Onun yazılı və şifahi cavablarını müsəlmanlara çatdırırdılar. Hicri 329-cu ildə dördüncü naibin vəfat etməsi ilə kiçik qeybət dövrü başa çatdı və böyük qeybət mərhələsi başlandı. Böyük qeybət dövründə İmam Mehdinin (ə) xüsusi təyin edilmiş naibləri yoxdur. Hər kəs naiblik iddiası ilə çıxış etsə, ona inanmağa vəzifəli deyilik. Bəzi inanılmış şəxslər Onunla görüşsələr də, bu görüşlər çox zaman gizli çaxlanılır, İmamı görənlər özlərini camaata aşkar şəkildə təqdim etmirlər. Böyük qeybət dövrü indi də davam edir və dünyanın sonuna az qalmış İmam Mehdinin (ə) zühuru ilə başa çatacaq.