Bizim göndərdiyimiz salavata Peyğəmbərin ehtiyacı varmı?


Digərləri 15 Noy 2018 07:22:00 253 0

Bizim göndərdiyimiz salavata Peyğəmbərin ehtiyacı varmı?

Bizim göndərdiyimiz salavata Peyğəmbərin ehtiyacı varmı? Göndərdiyimiz salavatın savabı Peyğəmbərə çatır ya bizə?

Həzrət Mühəmməd Peyğəmbər (s) Allah-təalanın hüzurunda ən uca məqama malikdir; bu məqama o həzrətdən savayı heç kim - nəinki insan, hətta cin və mələk də çata bilməz. Özü də bu məqam bizim göndərdiyimiz salavatlardan asılı deyil. Yəni o həzrətin salavatlarımıza ehtiyacı yoxdur. Göndərdiyimiz salavatın savabı bizim özümüzə qayıdır. Peyğəmbər özü buyurmuşdur ki, hər kim ona və nəslinə salavat göndərsə, qiyamət günündə həmin adamın imanı haqqında şəhadət verəcək və ondan ötrü şəfaət edəcək (Buxari. Əl-Ədəbül-müfrəd, I, 333-334, 641-ci hədis). Hədislərdə buyurulur ki, hər hansı duanın qəbula yetməsi və müstəcab olması üçün şərtlərdən biri də duadan əvvəl və sonra Peyğəmbərə (s) və Əhli-beytə (ə) salavat söyləməkdir.