Makron: ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil


Digərləri 15 Noy 2018 05:59:00 255 0

Makron: ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil

Fransa və ABŞ tarixi müttəfiqlərdir, lakin müttəfiq olmaq, vassal olmaq demək deyil.

Bakı. Tural Turan - Fransa və ABŞ tarixi müttəfiqlərdir, lakin müttəfiq olmaq, vassal olmaq demək deyil. Trend-in məlumatına görə, bu sözlər Fransa Prezidenti Emmanuel Makron deyib. "ABŞ bizim tarixi müttəfiqimizdir və müttəfiqimiz olaraq da qalır. Lakin müttəfiq olmaq, vassal olmaq demək deyil. Biz onlardan asılı olmamalıyıq", - deyə Makron Paris və Vaşinqton arasındakı münasibətlərin vəziyyətini şərh edərkən bildirib. Makron ABŞ prezidenti Donald Trampın "Twitter"də onun ünvanına yazdığı tənqidlərə isə münasibət bildirmək istəməyib: