“Ekspro” şirkəti Azərbaycanın neft-qaz sahəsində mövqeyini gücləndirir (FOTO)


Digərləri 15 Noy 2018 00:01:00 261 0

“Ekspro” şirkəti Azərbaycanın neft-qaz sahəsində mövqeyini gücləndirir (FOTO)

Neft-mədən xidmətləri göstərən aparıcı beynəlxalq “Ekspro” şirkəti BP şirkətinin Şahdəniz Mərhələ 2 layihəsi üzrə dörd illik müqavilənin uzadılması ilə Bakı şəhərində yeni təyinatlı istehsalat obyektlərinin açılışını sürətləndirib.

Bakı. Neft-mədən xidmətləri göstərən aparıcı beynəlxalq “Ekspro” şirkəti BP şirkətinin Şahdəniz Mərhələ 2 layihəsi üzrə dörd illik müqavilənin uzadılması ilə Bakı şəhərində yeni təyinatlı istehsalat obyektlərinin açılışını sürətləndirib. Bunu Trend-ə “Ekspro” şirkətindən bildiriblər. Qeyd edilib ki, müqavilənin uzadılması ilə “Ekspro” sualtı sütun avadanlıqlarının təchizini və Xəzər dənizinin cənubunda layihəyə xidmətlərinin göstərilməsini davam etdirəcək. 2014-cü ildə “Ekspro” layihə üzrə beş illik müqavilə imzalayaraq EXPRESS elektro-hidravlik idarəetmə sistemləri ilə birgə yığma endirmə sütunu - 15 000 ədəd yüksək təzyiq (ELSA-HP) klapanlarını təmin edib. Bunlar sualtı avadanlıqlar bazarının ən mürəkkəb şərtləri daxilində təhlükəsizlik və etibarlılığın yüksək standartlarını təmin etmək üçün nəzərdə tutulub. Bu əsas layihəni dəstəkləmək və onun regionda portfoliosunu genişləndirmək üçün “Ekspro” bu gün açılan (15 noyabr) yeni təyinatlı istehsalat obyektinə sərmayə qoyub. Ofis və emalatxana ilə birgə 8,500 m2-dən artıq sahəni əhatədə edən bu istehsalat obyektinə 5 milyon ABŞ dolları dəyərində sərməya qoyulmuş və 30 nəfər işçinin çalışacağı nəzərdə tutulub. Bu, “Ekspro” şirkətinə regionda müştərilərə kompleks sualtı xidmətlər göstərmək və biznes fəaliyyətini daha da genişləndirmək imkanı verəcək.