51 yaşlı fenomenin HEYRƏTAMİZ CAVANLIQ SİRRİ FOTO


Digərləri 14 Noy 2018 23:18:00 269 0

51 yaşlı fenomenin HEYRƏTAMİZ CAVANLIQ SİRRİ  FOTO

Bəzən bizdə elə təəssürat yaranır ki, Asiya torpağında, yeməklərində və ya havasında sirli nə isə var. Çünki bəzi sakinləri yaşlarından qat-qat cavan görünürlər. Qocalmaq sözü onlara tamamilə yaddır.

Son.az bu yazıda oxucuları əvvəllər model kimi fəaliyyət göstərən, hazırda isə fotoqraf kimi çalışan 51 yaşlı Çuando Tanın gənclik sirləri ilə tanış edir. Gündən-günə cavanlaşan Tanın gənclik sirri ilə tanış olmağa dəyər.

Sinqapurlu Çuando Tan 1980-cı illərdə model kimi çalışıb, 1990-cı ildə isə o, müğənnilik edib. Amma onun səhnə karyerası çox uzun çəkməyib, ona görə də Tan özünə başqa məşğuliyyət seçib. Artıq neçə ildir ki, fotoqrafiya ilə məşğul olan Tan sosial şəbəkələr sayəsində məşhurlaşıb:

"Dostumun məsləhəti ilə İnstaqramdan qeydiyyatdan keçdim, axı fotoqraf sosiallıq baxımdan aktiv olmalıdır. Hesabın aktivləşməsi üçün özümün bir neçə fotosunu yüklədim və beləcə məşhur oldum".

Sosial şəbəkə istifadəçiləri dərhal seziblər ki, Tan heç dəyişmir və heç də 51 yaşında görünmür. Bəziləri hesab edir ki, məsələ genetikadır. Digərləri isə Tanın gənc qalmasını yaşadıqları yerlə əlaqələndirir. Məsələ ondadır ki, Sinqapurda hava çox təmizdir, mətbəxi faydalıdır, qidaları keyfiyyətlidir, tibb isə onlarda yaxşı inkişaf edib.

Səhərlər 6 yumurta yeyir

Tan "Siz nə yeyirsinizsə, ondan ibarətsiniz" prinsipinə əsaslanır və hesab edir ki, bədənin xarici görünüşünün vəziyyəti 70% yeməkdən, 30% isə hərəkətdən asılıdır. Ona görə də o, hər səhər bərk bişmiş 6 yumurta sarısı yeyir. Həmçinin bəzən bir stəkan süd, giləmeyvə ilə avokadoya da üstünlük verir. Bu, günə enerji ilə başlamaq üçün bədəni zülal ehtiyatı ilə təmin edir.

Yumurtadan əlavə gün ərzində toyuq əti ilə düyü, buxarda bişmiş tərəvəz, göyərti və balıq şorbası yeyir. "Dondurma zəif yerimdir, bəzən özümə icazə verirəm, amma onu yalnız günün birinci yarısında yeyirəm" , - deyə fotoqraf bildirib. O həmçinin qəhvə və çaydan qaçır, amma çoxlu su içir. Siqaret çəkmir, spirtli içkilər qəbul etmir, axşama yaxın təzə göyərtidən hazırlanan salat yeyir.

Məşqlərə bütün gün ərzində təxminən 90 dəqiqə sərf edir

Həftədə 4 dəfə (və ya heç olmasa 3 dəfə) Tan idmanla məşğul olur. Güc məşqi üçün həmişə kardio ilə məşğul olur, dizindəki zədə üzündən qaça bilmir, əvəzində qaçış cığırında sürətlə gəzir. Eləcə də hər gün üzgüçülüklə məşğul olmağa çalışır: Axşamlar hovuza gedir və təxminən bir saat üzür.

Sadəcə sevdiyi işlərlə məşğul olur!