Bakı Uşaq Teatrı Beynəlxalq festivala iki tamaşa ilə gedib (FOTO)


Digərləri 14 Noy 2018 23:15:00 268 0

Bakı Uşaq Teatrı Beynəlxalq festivala iki tamaşa ilə gedib (FOTO)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı Beynəlxalq festivala iki tamaşa ilə gedib.

Bakı. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı Beynəlxalq festivala iki tamaşa ilə gedib. İdarədən Trend-ə verilən məlumata görə, Bakı Uşaq Teatrının kollektivi 12-25 noyabr 2018-ci il tarixlərində Türkiyənin Bilecik şəhərində keçiriləcək 13-cü Beynəlxalq Teatr Festivalında ölkəmizi təmsil edir. Teatr festivalda iki tamaşa ilə çıxış edir. Belə ki, onlardan biri – “Ağıllı tülkü” tamaşası uşaqlar üçün nəzərdə tutulub. Teatrın bədii rəhbəri-direktoru, respublikanın əməkdar artisti İntiqam Soltanın müəllifi və quruluşçu rejissoru olduğu tamaşa artıq bir neçə müddətdir ki, repertuardadır və Azərbaycanda azyaşlı tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. İndi həmin tamaşa Türkiyədə uşaqlara təqdim olunacaq. Festivalda nümayiş olunacaq daha bir tamaşa – “Sevgi şimşəyi” isə repertuara yeni daxil olub və böyüklər üçün nəzərdə tutulub. Komediya janrında hazırlanmış bu tamaşanın da həm Türkiyədə, həm də Azərbaycanda maraqla qarşılanacağı gözlənilir.