Uçan naməlum obyektlərlə bağlı araşdırma aparılır


Digərləri 14 Noy 2018 22:59:00 228 0

Uçan naməlum obyektlərlə bağlı araşdırma aparılır

İrlandiya Mülki Aviasiya İdarəsi "British Airways" və "Virgin Airways" şirkətlərinə məxsus təyyarələrin pilotlarının ölkənin cənub-qərb bölgəsində səmada gördüklərini iddia etdikləri parlaq işıqları olan uçan naməlum obyektlərlə (UNO) bağlı araşdırma aparır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "British Airways"in adı açıqlanmayan pilotu noyabrın 9-da Şannon aeroportunun dispetçer qülləsi ilə əlaqə yaradaraq bölgədə hərbi təlimlərin olub olmadığını soruşub. O, idarə etdiyi təyyarənin yanından parlaq işıqları olan obyektlərin sürətlə keçdiyini və şimala doğru uçduqlarını bildirib. Pilota həmin bölgədə hər hansı hərbi təlimin olmadığı cavabını veriblər.

Daha sonra danışığa müdaxilə edən "Virgin Airways"in pilotu da bu obyektlərin meteor, yaxud Yerin atmosferinə daxil olan bir göy cisimləri ola biləcəyini söyləyib. Pilot əlavə edib ki, obyektlər səs sürətindən iki dəfə iti uçurdu.