Kalqari sakinləri şəhərin 2026cı ildə Olimpiadaya ev sahibliyi etməsini dəstəkləməyiblər


Digərləri 14 Noy 2018 22:23:00 257 0

Kalqari sakinləri şəhərin 2026cı ildə Olimpiadaya ev sahibliyi etməsini dəstəkləməyiblər

Kanadanın Kalqari şəhərinin sakinləri çərşənbə günü keçirilən referendumda 2026-cı ildə təşkil olunacaq Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün şəhərin namizədliyini dəstəkləməyiblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, referendumda Kalqari şəhərinin 304,7 min nəfərlik əhalisinin 56,4 faizi səs verib. Daha əvvəl Kalqari meriyasının, Alberta əyalətinin rəhbərliyi, federal orqanlarının nümayəndələri namizədliyin qəbul ediləcəyi təqdirdə 2026-ci il Olimpiadasının maliyyələşdirilməsi barədə razılığa gəlsələr də, qış olimpiadasını qəbul etmək hüququ ilə bağlı şəhər əhalisinin referendum vasitəsilə razılıq verməsi vacib idi.

Qeyd edək ki, oktyabrın 9-da Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Buenos-Ayresdə keçirilən iclasında "Olimpiada-2026"ya ev sahibliyinə namizədliklə bağlı üç müraciət təsdiq edilib. Bunlar Kanadanın Kalqari, İsveçin Stokholm, İtaliyanın Milan və Kortina-d'Ampetstso şəhərləri idi. Hər üç ərizə oktyabrın 4-də BOK tərəfindən razılıqla qarşılanıb və qurumun iclasında təsdiq edilməsi üçün təklif verilib. Türkiyənin Ərzurum şəhərini Olimpiadaya ev sahibliyi etməsi barədə müraciəti isə qəbul olunmayıb.