Kiyevdə qadın “Porsche”ni baltaladı


Dünya 14 Noy 2018 22:12:00 371 0

Kiyevdə qadın “Porsche”ni baltaladı

Kiyevdə çəhrayı paltolu qadın balta ilə "Porsche" markalı bahalı avtomobili parçalayıb.

Son.az oxu.az-a istinadən bildirir ki, insident Kiyevin mərkəzində, Şota Rustaveli küçəsində baş verib. 

Sosial şəbəkələrdə yayılmış videogörüntüdə sarışın qadının avtomobilin qapısı üzərinə boya ilə təhqiramiz ifadələr yazdığı görünür. Daha sonra o, balta ilə avtomobilə zərbələr endirərək daha bir təhqiramiz ifadə yazır.

Bununla da hirsi soyumayan qadın avtomobilin ön şüşəsini qırıb, baltanı maşının banına sancıb. Qadın daha sonra yaxınlıqdakı maşına oturaraq hadisə yerindən uzaqlaşıb.