Lənkəranlı "Nənələr": "42 ilə yaxındır ki..." FOTO


Şou-biznes 14 Noy 2018 21:58:00 502 0

Lənkəranlı "Nənələr": "42 ilə yaxındır ki..."  FOTO

Lənkəranda fəaliyyət göstərən məşhur "Nənələr" qrupu Son.az-a açıqlama verib. Qrupun üzvü Kərimova Gülbəzək saytımıza açıqlamasında bildirib ki, qrup xaricdə keçirilən bir çox festivallara dəvət alır.

"42 ilə yaxındır ki, bu qrup fəaliyyətdədir. Demək olar ki, qrupun üzvlərinin bir-biri ilə qohumluğu var. Bizə bir çox xarici ölkələrdən dəvətlər gəlir, amma yaşımıza görə xarici ölkələrə gedə bilmirik. Çünki qrup üzvlərinin, demək olar ki, əksəriyyəti yaşlı insanlardan ibarətdir. Amma buna baxmayaraq onlar bizi çəkib, xaricdə göstərirlər. Bizim qrupu bütün dünya tanıyır. Onlara "Nənələr" qrupu maraqlı gəlir", -  deyə qrup üzvü bildirib.

Əli Novruzəliyev Son.az


Xəbərə aid fotolar