Siyavuş Novruzov: "Arif Əliyev kimilər günahı digərlərində deyil, özündə axtarsın"


Digərləri 14 Noy 2018 19:18:00 268 0

Siyavuş Novruzov: "Arif Əliyev kimilər günahı digərlərində deyil, özündə axtarsın"

"Azərbaycanda mətbuatın inkişafı ilə bağlı mühüm addımlar atılır, uğurlu media siyasəti həyata keçirilir. Bu gün Azərbaycanda mətbuata kifayət qədər diqqət və qayğı var. Biz hal-hazırda Milli Məclisdə Azərbaycan Respublikasının Dövlət büdcəsini müzakirə edirik. Büdcədən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) kifayət qədər vəsaitlər ayrılıb. O cümlədən bir sıra qəzetlərin "Azərbaycan" Nəşriyyatına olan borcları dondurulub".

Son.az Trend-ə istinadən bildirir ki, bunu Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin Komitə sədri Siyavuş Novruzov deyib.

YAP İcra katibinin müavininin sözlərinə görə, jurnalistlər üçün hansı mətbuatda işləməsindən asılı olmayaraq təmənnasız mənzillər tikilib verilib və onların mənzil-məişət şəraiti yaxşılaşdırılıb: "Xüsusi proqramlar əsasında onlar üçün kursların təşkili və s. təmənnasız şəkildə dövlət tərəfindən həyata keçirilib. Ümumilikdə götürdükdə bu sahədə çox ciddi və nümunə ola biləcək şəkildə işlər görülüb. Azərbaycanda internet tamamilə azaddır və istənilən şəxslər bundan lazımi qaydada istifadə edə bilər. Təbii ki, bütün vətəndaşlar da istifadə edir. Hətta bəziləri bundan sui-istifadə də edir. O baxımdan da istənilən mətbuat orqanının çap olunması, saytların açılması Azərbaycanda tam şəkildə azaddır və həyata keçirilir. Əgər kimsə bir mətbuat orqanı və yaxud da hansısa sayt yarada bilmirsə, addım ata bilmirsə, onun günahını digərlərində deyil, özündə axtarsın.