Bakı məktəblərində korrupsiyaya qarşı mübarizə və şəffaflıqla bağlı seminarlar keçirilir


Digərləri 14 Noy 2018 17:50:00 194 0

Bakı məktəblərində korrupsiyaya qarşı mübarizə və şəffaflıqla bağlı seminarlar keçirilir

Bakı məktəblərində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və şəffaflığın artırılması istiqamətində seminarlar davam edir.

Bakı. İlhamə İsabalayeva - Bakı məktəblərində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və şəffaflığın artırılması istiqamətində seminarlar davam edir. Trend-in məlumatına görə, paytaxtın Yasamal rayonu üzrə ümumi təhsil məktəblərini əhatə edən növbəti seminarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllimlər, valideynlər və KİV nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edənlər təhsil sahəsində göstərilən elektron xidmətlərin sırasının kifayət qədər genişləndirilməsi və bu prosesin səmərəli şəkildə davam etdirilməsi nəticəsində bütün xidmətlər üzrə subyektiv amillərin maksimum azaldılması və şəffaflığın genişləndirilməsinin təmin olunması ilə bağlı həyata keçirilən tədbirləri diqqətə çatdırıblar. Bildirilib ki, ümumi təhsil müəssisələrində pedaqoji, inzibati-idarəetmə və tədris köməkçi heyətin işə qəbulu, uşaqların I sinfə və məktəbəhazırlıq qruplarına qəbulunun elektron sistem (www.mektebeqebul.edu.az) vasitəsilə aparılması, BŞTİ-nin tabeliyindəki lisey və gimnaziyaların V və VII siniflərinə şagird qəbulunun elektron qeydiyyat və müsabiqə yolu ilə həyata keçirilməsi, vətəndaşlarla iş və vətəndaş müraciətlərinə baxılması, Səyyar qəbulların səmərəli aparılması, məktəb-valideyn əməkdaşlığının genişləndirilməsi və ictimaiyyətə açıqlığın təmin olunması məsələləri bunun bariz nümunələridir.