Ərəb ölkəsində hicab və ərəb əlifbası qadağan edildi


Dünya 14 Noy 2018 16:17:00 336 0

Ərəb ölkəsində hicab və ərəb əlifbası qadağan edildi

Suriyanın şimalını işğal altında saxlayan PKK/YPG terror təşkilatı şok dəyişikliklər edib.

Son.az publika-ya istinadən bildirir ki, terrorçular məktəblərdə uniforma geyinilməsini məcburi edib, qadın müəllim və şagirdlərə hicabı qadağan edib.

Bundan başqa, ərəb əlifbası latın əlifbasına dəyişdirilib. Rəsmi dil isə kürd dili qəbul edilib.

Təşkilatın yeni tətbiqləri sərt reaksiyalara səbəb olub. Bəzi yerlərdə valideynlər məktəblərə hücum edib.