Nazir müavini: "Azərbaycanda şəkərli diabet xəstələrinin sayı il ərzində təxminən 2025 min nəfər artır"


Digərləri 14 Noy 2018 16:01:00 291 0

Nazir müavini: "Azərbaycanda şəkərli diabet xəstələrinin sayı il ərzində təxminən 2025 min nəfər artır"

Azərbaycanda şəkərli diabet xəstələrinin sayı il ərzində təxminən 20-25 min nəfər artır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Onun sözlərinə görə, 2017-ci ilin sonuna olan məlumata əsasən, Azərbaycanda 243 200 nəfər şəkərli diabetdən əziyyət çəkir: "Onların 53 min nəfəri insulindən asılı olan 1-ci tip, təxminən 37 min nəfəri isə həm insulin, həm də həblə müalicə olunan xəstələrdir. Qalan 153 min xəstə isə yalnız həbdən asılı olan 2-ci tip şəkərli diabet xəstələridir".

E.Ağayev əlavə edib ki, 2018-ci ilin 8 ayı ərzində şəkərli diabet xəstələrinin sayına 20 min xəstə də əlavə edilb. Hazırda Azərbaycanda 263 mindən çox şəkərli dabet xəstəsi qeydiyyatdadır: