Bakının Təbriz küçəsində yanğın olub - SƏBƏB qaz sızması (VİDEO)


Digərləri 14 Noy 2018 16:07:00 325 0

Bakının Təbriz küçəsində yanğın olub - SƏBƏB qaz sızması (VİDEO)

Paytaxtın Nərimanov rayonu Təbriz küçəsində yanğın baş verib.

Bakı. Ceyhun Ələkbərov - Paytaxtın Nərimanov rayonu Təbriz küçəsində yanğın baş verib. Trend-in məlumatına görə, hadisəyə səbəb həmin ərazidən keçən qaz borusundakı sızma olub. "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev Trend-ə bildirib ki, yanğın artıq söndürülüb: "Təbriz küçəsində qaz borusunda sızma olub. Əraziyə FHN-nin yanğından mühafizə bölmələri cəlb olunaraq yanğın söndürülüb".