Azərbaycan Monqolustana şərab tədarükünə başlayacaq


Digərləri 14 Noy 2018 15:55:00 306 0

Azərbaycan Monqolustana şərab tədarükünə başlayacaq

Azərbaycan şərabçılıq məhsulunu Monqolustana ixrac etməyə başlayacaq.

Son.az xəbər verir ki, bu barədə Trend-ə bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrini icra edən Yusif Abdullayev deyib.

Onun sözlərinə görə, bu məhsulun Monqolustana ixracı bu ilin sonu - gələn ilin əvvəlində başlaya bilər:

"İlk tədarük partiyasında bir standart konteynerin 20 faizi həcmində olması gözlənilir. Monqolustan bazarı üçün Azərbaycan şərabı yenilikdir, ona görə də ilk partiya sınaq xarakteri daşıyacaq".