Sevda “Altın Kelebek”dən imtina edib


Şou-biznes 14 Noy 2018 14:51:00 270 0

Sevda “Altın Kelebek”dən imtina edib

Mənə də "Altın Kelebek"dən təklif gəlmişdi. Sağ olsun xalq artisti Murad Dadaşov. Təşkilatçılara arxiv videolar lazım idi. Mən həmin materialları vaxtında yığa bilmədim. Çünki mənzilimi yeni dəyişmişəm, bir az qarmaqarışıqlıqdır. Onların vaxtı az olduğuna görə imtina etdim. Namizədlər arasından isə xalq artisti Aygün Kazımovanı dəstəkləyirəm.

Son.az xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında müğənni Sevda Yahyayeva deyib. Gələn ay keçiriləcək "Altın kelebek" mükafatlandırma gecəsinə dəvət alan ifaçı ondan imtina edib. Sevda bildirib ki, lazım olan materialları vaxtında çatdıra bilməyib.  Müğənni bu günlərdə etdirdiyi cəsarətli fotosessiyasından da söz açıb. Sevda formada qalmasının yollarının da deyib:


Xəbərə aid foto