Goldenpay "Avtomatik ödənişlər" funksiyasını işə salır


Digərləri 14 Noy 2018 14:54:00 305 0

Goldenpay "Avtomatik ödənişlər" funksiyasını işə salır

Azərbaycanda online ödəmələr sahəsində lider olan Goldenpay gün keçdikcə öz yenilikləri ilə istifadəçilərinin günlük həyatdakı işlərini, qayğılarını azaltmağa və onlara yaşam rahatlığı təmin etməyə davam edir.

Bakı. Azərbaycanda online ödəmələr sahəsində lider olan Goldenpay gün keçdikcə öz yenilikləri ilə istifadəçilərinin günlük həyatdakı işlərini, qayğılarını azaltmağa və onlara yaşam rahatlığı təmin etməyə davam edir. Yenilənmiş Hesab.az istifadəyə verildiyi gündən etibarən yeni funksiyalarının rahatlığı və funksionallığı ilə rəğbət qazanıb. Ən əlverişli funksiyalarından biri də “Avtomatik ödənişlər”dir. Belə ki, artıq sizin heç bir ödənişinizin vaxtını yadda saxlamağınıza ehtiyac olmayacaq. Anidən internet, tv, mobil, kommunal və s. borcunuz ucbatından çıxılmaz vəziyyətdə qalmayacaqsınız. Avtomatik ödənişlərə daha bir ödəniş seçimi olan qrafik üzrə ödəniş əlavə olunub və bu sizə olduqca yararlı olacaq. Belə ki, siz istədiyiniz tarix aralığını və məbləğini seçərək ödənişinizi rahat şəkildə tənzimləyə biləcəksiniz. Eyni zamanda bir dəfə yaxud təkrarlanan növü seçərək ödəmə sıxlığını təyin edə bilərsiniz. Bu funksiyalar ilə vaxtınıza qənaət etməklə yanaşı, həmçinin daha rahat şəkildə heç yerə getmədən ödəniş edə biləcəksiniz.