Bakıda 67 min manatlıq oğurluq edən qadına şərti cəza verildi


Digərləri 14 Noy 2018 14:42:00 284 0

Bakıda 67 min manatlıq oğurluq edən qadına şərti cəza verildi

Bakıda tanınmış idmançının evindən 67 min manatlıq oğurluq edən qadına şərti cəza verilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış qadın idmançı Fəridə Əzizovanın evindən külli miqdarda pul oğurlamaqda təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Son.az report-a istinadən bildirir ki, hakim Azad Məcədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə hökmü elan edən zaman məlum olub ki, təqsirləndirilən N.Fərəcova zərərçəkmiş F.Əzizovaya dəymiş zərəri tam ödəyib. N.İsrafilov isə ödəmə proseslərində iştirak etməyib.