Şabranda avtomobilin vurduğu piyada xəstəxanada ölüb


Digərləri 14 Noy 2018 14:41:00 260 0

Şabranda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Şabran rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Şabran rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən Trend-ə verilən məlumata görə, noyabrın 13-də saat 20 radələrində Şabran rayonu ərazisində şəhər sakini Paşa Babayev idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolu keçən Ağalıq kənd sakini Nurəddin Əzizovu vurub. Xəstəxanaya yerləşdirilmiş N.Əzizov orada ölüb.