Bu ilin III rübündə Gürcüstana 490 mindən çox Azərbaycan vətəndaşı gedib


Dünya 14 Noy 2018 14:24:00 305 0

Bu ilin III rübündə Gürcüstana 490 mindən çox Azərbaycan vətəndaşı gedib

Bu ilin üçüncü rübündə Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 494,5 min nəfər təşkil edib

.

Son.az report-a istinadən bildirir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib.

İyul-sentyabr aylarında Azərbaycan vətəndaşları Gürcüstana səfər edən əcnəbilər arasında Rusiyadan (582,7 min nəfər) sonra ikinci yeri tutub. Üçüncü yerdə isə 439,8 min nəfərlə Ermənistan qərarlaşıb.

Hesabat dövründə Gürcüstana qeyri-rezidnet səyahətçilər 3,2 mln. dəfə ziyarət edib ki, bunun da 2,6 milyonu əcnəbi ziyarətçilərin payına düşüb. Bu göstərici illik müqayisədə 9,2% çoxdur.

Əcnəbi ziyarətçilərin sayı 2,2 mln. nəfər (+10,2%) təşkil edib ki, onların da 1,6 mln. nəfəri turist olub.

Qonşu ölkəyə səfər edənlərin 45%-ni 31-50, 29%-ni 15-30, 24%-ni 51-70, 2%-ni isə 71+ yaş qrupuna daxil şəxslər təşkil edib. Əcnəbi ziyarətçilərin 45,3%-i qadın, 54,7%-i isə kişi olub.