Rüşvət almaqda təqsirləndirilən gömrük polkovnikinin məhkəməsi başladı


Digərləri 14 Noy 2018 14:05:00 241 0

Rüşvət almaqda təqsirləndirilən gömrük polkovnikinin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Gömrük Komitəsinin (DKG) Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin sabiq rəisi, gömrük xidməti polkovnik-leytenantı Natiq İmanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatət qaldıraraq müvəkkilinin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsini istəyib. Vəsatət təmin edilməyib.

Məhkəmənin baxışı noyabrın 21-nə təyin edilib.