Yerin altından ordu çıxdı


Digərləri 14 Noy 2018 13:56:00 309 0

Yerin altından ordu çıxdı

Çində 2100 il əvvəl qazılmış məqbərədə unikal fiqurlar aşkarlanıb. Dərin və eniş çuxur formasında olan məzarlıqda təqribən 300 terrakot (saxsı) fiqur var.

Son.az Live Science-ə istinadən bildirir ki, piyada və süvari döyüşçülərin fiqurlarının məqbərədə dəfn edilmiş şahzadə Lyu Hunun "əbədi həyat məkanına yola salınması" üçün hazırlandığı güman edilir.

Çində ən məşhur terrakot ordusu imperator Şi Xuanın məqbərəsindədir.

Yeni tapılmış "kiçik ordu" isə Şi Huanın ölümündən bir əsr sonra hazırlanıb.


Xəbərə aid fotolar