2 otaqlı mənzildə yanğın baş verib


Digərləri 14 Noy 2018 08:04:00 265 0

2 otaqlı mənzildə yanğın baş verib

Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 30 m² olan 2 otaqlı mənzilin mətbəxində 1 ədəd məişət avadanlığı yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 1 m² sahədə əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.