Azərbaycanda sanator tipli məktəbəqədər təhsil müəssisələri yaradılacaq


Digərləri 14 Noy 2018 07:34:00 315 0

Azərbaycanda sanator tipli məktəbəqədər təhsil müəssisələri yaradılacaq

Nazirlər Kabineti "Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri"nin "III. Təhsil müəssisələrində ümumi sanitariya-gigiyena tələbləri" bölməsində, eyni zamanda "Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"ndə dəyişikliklər edib.

Son.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə görə, Azərbaycanda ibtidai təhsil altı yaşdan başlanacaq. Valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul ediləcəklər.

Həmçinin Azərbaycanda sanator tipli məktəbəqədər təhsil müəssisələri, eyni zamanda sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələri yaradılacaq.

Eyni zamanda, məktəbəqədər təhsil müəssisələrində "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq psixoloji xidmət təşkil olunacaq.

Sənəddə bildirilir ki, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələrinə 1 yaşdan 7 yaşadək, körpələr evi-uşaq bağçası - 1 yaşdan 7 yaşadək, uşaq bağçası - 3 yaşdan 7 yaşadək uşaqlar qəbul ediləcəklər.