Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər


Digərləri 14 Noy 2018 06:30:00 253 0

Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər

Rusiyanın Tümen vilayətinin aeroportlarına iki azərbaycanlının adları verilə bilər. "Novıy Urenqoy" aeroportuna Sabit Orucov, "Nijnevartovsk" və "Surqut" hava limanlarından birinə Fərman Salmanovun adlarının verilməsi təklif olunub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Rusiya hava limanlarına dahi rusiyalıların adlarının verilməsinə dair əhali arasında keçirilən sorğu başa çatıb. Tümen vilayətində aeroportlara digər tanınmış şəxslərlə yanaşı, Azərbaycan və Rusiya geoloqu, Sibir neft və qaz yataqlarını kəşf etmiş Fərman Salmanov və keçmiş SSRİ-nin qaz sənayesi naziri olmuş Sabit Orucovun adlarının verilməsi təklif olunub. Sorğunun nəticələrinə görə tərtib edilmiş siyahıya əsasən, Fərman Salmanovun adı iki siyahıya - vilayətin "Nijnevartovsk" və "Surqut", Sabit Orucovun adı isə "Novıy Urenqoy" hava limanlarında adları əbədiləşdiriləcək tanınmış şəxslərin sırasına daxil edilib.

Namizədlər siyahısına Xantı-Mansiysk Muxtar Dairəsinin keçmiş qubernatoru Aleksandr Filippenko, kimyaçı alim Dmitri Mendeleyev, tanınmış neftçi Viktor Muravlenko və başqaları da daxildir.