Azərbaycan nefti bahalaşıb


Digərləri 13 Noy 2018 23:51:00 223 0

Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 12-də 72,15 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,2 dollar/barel çoxdur.

Son.az qol.az-a istinadən xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 12-də 71,12 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,34 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 12-də 67,27 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,61 dollar/barel çoxdur.