Bu 5 nemət ən dəyərli hədiyyələrdir


Digərləri 13 Noy 2018 23:50:00 281 0

Bu 5 nemət ən dəyərli hədiyyələrdir

Allah Təala insana çox sayda nemət vermişdir. Bəs bu nemətlər içərisində ən dəyərli olanları hansılardır?

1. İnsanın hidayət olması. "Rəhman (dünyada maddi və mənəvi nemətləri həm möminlərə, həm də kafirlərə şamil olan, axirətdə isə yalnız möminləri əhatə edəcək geniş mərhəmət sahibi) olan Allah! (Onun nemətlərinin bəziləri ibarətdir:). (Əzəli elmindən Lövhi-Məhfuza nazil olmuş) Qur'anı (əvvəlcə yuxarı aləmin məxsus sakinlərinə təlim verdi, oradan Cəbrail vasitəsi ilə Peyğəmbərin (s) qəlbinə nazil etdi və onun dili ilə bəşər cəmiyyətinə) öyrətdi. (Yaradılmışların ən heyrətamizi, varlığın şah əsəri, ən gözəl vücud, ruhi və cismi baxımdan yaradılış aləminin ən kamil varlığı olan) insanı yaratdı. Ona (ən heyrətamiz nemətlərdən olub insanı digər canlılardan üstün edən və bəşər cəmiyyətinə ilahi vəhyin gəlməsinə səbəb olan) bəyan yolunu öyrətdi (qəlbində olanları dildə sözlər yaratmaqla başqasına çatdırmaq qüdrəti verdi)". ("Rəhman" 1-4).

2. Bədən və cismin sağlamlığı. Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Əli (ə) buyurur: "Sağlamlıq - ən böyük nemətdir".

3. Axirət. Həzrət Peyğəmbər (s) buyurur: "İnsan üçün heç bir hədiyyə, ölüm hədiyyəsi kimi üstün deyildir. Çünki insanın bütün varlığı ölümdən ləzzət alar və öləndən sonra övliya və nəbiləri görər, onlarla məhşur olar".

4. Ağıl. İmam Sadiq (ə) buyurur: "O zaman ki, Allah əqli xəlq edir, buyurur: İzzət və cəlalıma and olsun ki, elə mövcud xəlq etməmişəm ki, Mənim yanımda səndən daha əziz olsun".

Həzrət Peyğəmbər (s) buyurur: "Ey Əli! Ağıl elə bir şeydir ki, onunla behişt və Mehriban Allahın razılığı əldə olunar".