Kəndkənd gəzib kasıb uşaqlara nağıl oxuyan imamın hekayəsi


Digərləri 13 Noy 2018 22:35:00 297 0

Kəndkənd gəzib kasıb uşaqlara nağıl oxuyan imamın hekayəsi

İranın kasıb ərazilərində uşaqlara "moizə əvəzinə kitab oxuyan" və nağıllar danışan bir din adamının hekayəsidir bu...

İrana tətbiq edilən sanksiyaların bir qisminin qüvvəyə mindiyi, yaşayışın bahalı olması, pul yığmağın dəyər itkisi, işsizlik, su və işıq kəsilmələrinə etiraz edildiyi bir vaxtda o, kənd-kənd gəzib uşaqlara nağıl oxuyur.

39 yaşlı imam İsmail Azerinecad iki uşaq atasıdır .

İslam fəlsəfəsi və ərəb ədəbiyyatı dərsləri keçmədiyi vaxtlarda İranın cənub-qərbində kəndləri dolaşan imam köhnə Peugeot avtomobilinə yığdığı kitabları kasıb uşaqlara paylayır. Uşaqlarla bərabər oturub kitablardan bəzi hissələri oxuyur.

Bu, amerikalı yazıçı Philip C. Stead-in "Ayının danışacaq bir hekayəsi var" kitabı da ola bilər, ənənəvi fars ədəbiyyatından bir nümünə də.

Bir tərəfdə "Amerikaya ölüm şüarları", bir tərəfdə nağıllar

"Guardian" qəzeti nin imam İsmail Azerinecaddan bıhs edən məqaləsində yazır:

"İranlı din adamı "Qış qapıdaydı və ayının yuxusu gəlməyə başlamışdı" deyə danışmağa başlayır. İranlı din xadimləri adətən cümə namazlarında təhrikedici ifadələr səsləndirir və ya televiziyada arxa fonda "Amerikaya ölüm" şüarları eşidilərkən danışırlar. Azerinecad-ın həyat məqsədi isə fərqlidir".

Qəzetə açıqlama verən Azerinecad "Mənim məqsədim onların gözəl bir dünyaya sahib olmalarını və bacarıqlarını inkişaf etdirmək üçün intellektlərini inkişaf etdirməyi təmin etməkdir" deyir.

Azerinecad boş vaxtlarında uşaqlar üçün film nümayişi təşkil edir, bəzən isə məktəblərini boyamağa kömək edir.

Azerinecad "Şüarım budur: Nağıl, top, rəng. Hekayələr onların ağıllarını və dünyalarını gözəlləşdirir, top idman etmək və sağlam olmaq, rənglər isə məktəbləri və kitabxanaları boyamaq mənasını verir" deyə danışır: