“Səduqiəvvəl” kimdir?


Digərləri 13 Noy 2018 22:15:00 213 0

“Səduqiəvvəl” kimdir?

Bəzi dini kitablarda alimlərdən biri haqqında "Səduqi-əvvəl", yəni "biinci Səduq" yazırlar. Bu, məşhur hədis alimi kimdir?

Cəfəri məzhəbində "Səduq" ləqəbi ilə xatırlanan alim dörd əsas hədis məcmusəindən biri olan "Mən la yəhzuruhul-fəqih" kitabının və digər dəyərli əsərlərin müəllifi Əbu Cəfər Mühəmməd ibn Əli Qumidir.

Son.az islam.az-a istinadən bildirir ki, o, Qum şəhərində doğulmuş, miladi X əsrdə yaşayaraq,  991ci ildə Rey şəhərində vəfat etmişdir. Şeyx Səduqun "Tövhid", "Kəmalüd-din", "Üyunu əxbarir-Riza", "Xisal", "Əmali", "Məanil-əxbar", "Savabül-əmal" əsərləri çox məşhurdur və mötəbər mənbə kimi tanınır.