Telefon ekranları CO4 ilə özlərini bərpa edəcək


Digərləri 13 Noy 2018 21:20:00 229 0

Telefon ekranları CO4 ilə özlərini bərpa edəcək

Maddələrin zaman ərzində özlərini təmir etməsini, qırılan telefon ekranının bir həftə sonra köhnə halına gəlməsini istəməyən hərhalda yoxdur. Hələlik özünü təmir edə bilən materiallar ancaq laboratoriyalarda olsa da, yeni nəsil texnologiya çox uzaq deyil.

Son.az deyerler.org-a istinadən bildirir ki, özünü təmir edə bilən vasitələr əsasən atmosferdəki CO4 istifadə edərək özlərini təmir edə bilir və böyüyürlər. Bunu etmək üçün də bitkiləri təqlid edirlər. Yaxın zamanda satışa çıxarılması gözlənilən bu vasitələr haqqında xəbərlər var.

Bu vasitələri hazırlayan bir qrupu idarə edən MIT Universitetindən kimya professoru Maykl Strano, mövzu haqqında şərhlər verdi. Strano, yeni materiallar üçün ilk addımın bitkilər kimi böyüyən və özünü yeniləyən bir vəsait xəyal etmək olduğunu söylədi.