Toy günü gəlin ikinci evlilik təklifini aldı


Digərləri 13 Noy 2018 20:58:00 303 0

Toy günü gəlin ikinci evlilik təklifini aldı

Musiqiçi Burhan Şeşem uzun müddətdir sevgili olduğu Gizem Duman ilə ailə həyatı qurub. 

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, cütlüyün toy mərasimində Damla Özen, Ezgi Aktan, Özge Eyüpoğlu və digər tanınmışlar iştirak ediblər.

Nigah mərasimində edilən zarafatlar isə, günü daha da maraqlı edib. Hətta nigah məmuru bəydən tələb edib ki, gəlinə ikinci dəfə, hər kəsin gözü qarşısında evlilik təklif etsin. Bu da hər kəsin qəhqəhəsinə səbəb olub.