500-ə yaxın məhkuma elektron qolbaq tətbiq olunub


Digərləri 13 Noy 2018 20:43:00 261 0

500-ə yaxın məhkuma elektron qolbaq tətbiq olunub

500 nəfərə yaxın şəxs üzərində elektron qolbaq tətbiq olunmaqla probasiya nəzarəti həyata keçirilir.

Bakı. Azərbaycanda azadlığın məhdudlaşdırılması yeni cəza növünə məhkum olunmuş 500 nəfərə yaxın şəxs üzərində elektron qolbaq tətbiq olunmaqla probasiya nəzarəti həyata keçirilir. Ədliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu barədə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun Şəki Apellyasiya Məhkəməsində bölgənin məhkəmə sədrləri və hakimlərinin iştirakı ilə keçirdiyi geniş müşavirədə deyilib. Müşavirədə Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurasının aidiyyəti məsul işçilərinin iştirak etdiyi müşavirədə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirlər, mövcud nöqsanlar və qarşıda duran vəzifələr müzakirə olunub.